Yun Yon Pe
Yun Yon Pe (kor. 배 윤영; 9 may 1998, Tequ) – Cənubi Koreya dəb modeli. Vittoriya Çeretti, Faretta, Halima Aden, Adut Akeç, Paloma Elsesser, Radhika Nair, Fran Sammer və Selena Forres ilə birlikdə "British Vogue" jurnalının "New Frontiers" üzlüyündə yer almışdır.
Pe 9 may 1998-ci ildə Cənubi Koreyanın Tequ şəhərində doğulmuşdur. Bir koreyalı stilist tərəfindən kəşf edildikdən sonra YGKPlus agentliyi ilə işləməyə başlamışdır. 2016-cı ildə Prada brendinin modeli kimi debüt etmiş, reklamlarında iştirak etmişdir. İkinci mövsümündə isə Chloé, Kenzo, Loewe və Christian Dior brendləri üçün podiuma çıxmışdır. "The Fashion Spot" jurnalına əsasən 2019-cu ilin bahar mövsümündə ən çox rezerv olunan modellərin siyahısında Pe holland model Kimi Villemslə bərabərə qalmışdır.
Bunlardan əlavə, Chanel, Fenty x Puma, Céline, Valentino, Paco Rabanne, Marni, Versace, Moschino, Fendi, Christopher Kane, Burberry, J.W. Anderson, Coach New York, Michael Kors, Altuzarra, Victoria Beckham və Tommy Hilfiger brendləri üçün də modellik etmişdir. O, Luna Biyl, Anqok Mayen və Kara Teylor ilə birlikdə Diana fon Fürnstenberq kampaniyasında, eləcə də, Zara, Prabal Gurung, Tory Burch və Chanel brendlərinin kampaniyalarında iştirak etmişdir.